E-mail  

Новости

  Azərbaycan versiyası   English version

Новости

Heydər Əliyev xatirə müzeyində Ümummilli Liderin siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünün qeyd olunması ilə bağlı “Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir
14-07-2010

14 iyul 2010-cu il tarixdə Lənkəran şəhərində  Heydər Əliyev xatirə müzeyində Ümummilli Liderin  1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünün qeyd olunması ilə bağlı “Nəsillərin görüşü” adlı tədbir keçirilmişdir.

   Görüşdə müxtəlif yaş qruplarını təmsil edən müharibə, əmək,  partiya  və sovet veteranları, gənclər- cəmi 80 nəfər iştirak edib. Görüşü açıq elan edən Lənkəran ŞİH Başçısı aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri  Əlimərdan Əliyev Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 1969-2003-cü illər ərzindəki fəaliyyəti barədə geniş məruzə etmişdir.

    Partiya, sovet veteranı Sərhad Məmmədov, Mədəniyyət işçisi Siddiqə Rzayeva, rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Lənkəran Dövlət Universitetinin dosenti Mirhaşım Talışlı çıxış edib Ulu Öndərin Azərbaycan  xalqı qarşısında tarixi xidmətlərindən, xüsusilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafından ötrü gördüyü misilsiz işlərindən  danışıblar.

   Görüşün sonunda  Heydər Əlievlə bağlı film-xronika nümayiş etdirilmişdir.




  . , , 3-2 . - , ...

 

-
Copyright © 2007

Digital Stream