|
Həzi Aslanovun 100 illiyi qeyd olundu 23-01-2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinin bayram edilməsi ilə əlaqədar Milli Proqram təsdiq olunmuş və icrasına başlanılmışdır. Milli Proqramın icrası ilə bağlı Lənkəran rayonunda da silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 100 illik yubileyinin qeyd olunmasıdır. Bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun təşəbbüsü ilə qəhrəmanın Lənkəran şəhərindəki ev-müzeyi əsaslı şəkildə təmir edilmiş, ekspozisiyalar yenidən qurulmuş, adını daşıyan parkda abadlıq-bərpa işləri aparılmışdır. Qəhrəmanın doğum günü- Yanvarın 22-də Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Lənkəran ŞİH başçısı Süleyman Mikayılov fəxri qaraulun müşayəti ilə abidə önünə əklil, Milli Məclisin deputatı Hadı Rəcəbli, Qəhrəmanın nəvəsi general-mayor Həzi Aslanov, hərbi-yazıçı Abdulla Qurbani və digər qonaqlar, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İkinci dünya Müharibəsinin veteranları, minlərlə lənkəranlı gül-çiçək dəstələri qoyaraq Həzi Aslanovun xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir Qəhrəmanın ev-müzeyində davam etdirilmişdir. İcra Başçısı və qonaqlar müzeyin zənginləşdirilmiş ekspozisiyasına baxmış, veteranlar və məktəblilər çıxış edib qəhrəmana həsr edilmiş şerlər söyləmişlər.
Geri
|